Yerevanda 22/26 saylı seçki məntəqəsində səsvermə dayandırılıb POZUNTU

9 Dekabr 2018 11:09 (UTC+04:00)

Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı ilk qanun pozuntuları aşkarlanıb. SİA aysor.am-a istinadən xəbər verir ki, səhər saat 8:00-dan açılan 2010 seçki məntəqələrinin hər biri seçiciləri qəbul etməyə hazır olsa da, onların bəzilərində qanun pozuntuları qeydə alınmaqdadır. "İrəvanın bəzi seçki məntəqələrində aşkar çatışmazlıqlar və poozuntular qeydə alınıb", deyə yazan erməni saytına görə, bundan bir qədər əvvəl məlum olub ki, 22/26 saylı seçki məntəqəsində səsvermə dayandırılıb. Belə ki, "Mənim addımım" seçki blokunun qeydə alındığı 4-cü nömrə seçki bülletenlərində yazılmayıb.