Kürdəxanıda “Mercedes” avtomobili piyadanı vurub öldürüb

9 Dekabr 2018 05:04 (UTC+04:00)

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Vüqar Xəlilov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Elməddin Mirzəyevi vurub. Piyada xəstəxanaya aparılarakən yolda ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.