Türkiyədə polis maşını qəzaya uğrayıb

8 Dekabr 2018 14:06 (UTC+04:00)

Türkiyədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA “Haberturk”ə istinadən xəbər verir ki, Konya şəhərində polis əməkdaşlarının olduğu maşınla digər avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər yaralanıb.

Yaralananlardan ikisi polis əməkdaşıdır. Qəzanın başvermə səbəbləri araşdırılır.