Parisdə daha 32 nəfər saxlanıldı

8 Dekabr 2018 14:04 (UTC+04:00)

Parisdə "sarı jiletlilər"in keçirəcəyi etiraz aksiyaları başlamazdan əvvəl polisin keçirdiyi əməliyyatlar nəticəsində 32 nəfər saxlanılıb. SİA "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, Fransada etiraz aksiyalarının gedişatında təhlükəsizliyi təmin etmək məqsədi ilə 89 min polis məmuru səfərbər edilib.

Yalnız Parisdə səkkiz min polis təhlükəsizliyi təmin edəcək.

Qeyd edək ki, Parisdə dekabrın 1-də keçirilmiş "sarı jiletlilər" hərəkatının etiraz aksiyaları nəticəsində dəymiş zərər 3 milyon avrodan çoxdur. Kütləvi etiraz aksiyası noyabrın 17-dən başlayıb. Nümayişçilər yanacağın qiymətinin qalxmasına etiraz edirlər.

İndiyədək aksiyalar zamanı iki nəfər həlak olub. Məlumata əsasən, Fransada yanvarın 1-dən benzinin qiyməti hər litrə görə 2,9 avrosent, dizelin qiyməti - 6,5 avrosent bahalaşacaq.