Qurban Qurbanov istefa verib

8 Dekabr 2018 13:54 (UTC+04:00)

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda milli komandanın son 1 il ərzində göstərdiyi nəticələr müzakirə olunub. Müzakirələrdən sonra milli komandamızın baş məşqçisi Qurban Qurbanov baş məşqçi postundan istefa verib.

Qeyd edək ki, Q.Qurbanov ötən ilin sonunda bu posta təyin olunmuşdu.