Konsertdə insanlar bir-birilərini əzdi 6 ölü, 120 yaralı

8 Dekabr 2018 09:42 (UTC+04:00)

İtalyada klubların birində keçirilən rep konserti zamanı izdiham arasında daxil edilən naməlum maddə 6 nəfərin ölümü, 120 nəfərin isə uaralanmasına səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, naməlum maddə konsert iştirakçıarı arasında çaxnaşmaya səbəb olub. Qaçmaq istəyən insanlar bir birilərini əziblər. Bu da nəticə etibarı ilə ölümə və yüzdən çox insanın yaralanmasına gətirib çıxarıb.

Onlarla yaralının ağır vəziyyədə olduğu bildirilir.