Nəsimi rayonunda qurumuş ağacların yerinə 50 ting əkilib

7 Dekabr 2018 17:51 (UTC+04:00)

Ölkə başçısının yeni yaşıllıqların salınması ilə bağlı verdiyi tövsiyə və göstərişlərə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ağacəkmə aksiyaları keçirir. Növbəti belə aksiya dekabrın 7-də Nəsimi rayonunda, Səməd Vurğun küçəsində təşkil olunub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aksiya çərçivəsində 6 qurumuş ağac çıxarılaraq yerinə 50 ting əkilib. Əkilən ağaclardan 20-si Eldar şamıdır.

Qeyd edək ki, bugünədək keçirilmiş kampaniyalar çərçivəsində, ümumilikdə, 130-dan çox qurumuş və təhlükə yaradan ağacların əvəzinə 1800-ə yaxın müxtəlifcinsli ting əkilib.