Həndbolçular üçün dopinqlə mübarizə mövzusunda tədbir keçirilib

7 Dekabr 2018 17:49 (UTC+04:00)

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ölkəmizdə fəaliyyət göstərən idman federasiyaları ilə əməkdaşlıq çərçivəsində tədbirlər keçirməkdədir. Belə tədbirlərdən biri “ABU Arena”da təşkil olunub.

SİA Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, federasiyanın rəsmiləri, həkimləri və idmançılarının qatıldığı görüş maarifləndirici xarakter daşıyıb.

AMADA təmsilçiləri tərəfindən dopinqlə mübarizə yolları haqqında ətraflı məlumat verilib, həkimlər və həndbolçular qadağan olunmuş preparatlar barədə məlumatlandırılıblar.

Bu cür tədbirlərin əsas məqsədi ölkədə dopinqlə mübarizənin səmərəli şəkildə aparılmasıdır. Yerli idman federasiyaları ilə imzalanan memoranduma əsasən təşkil olunan maarifləndirici görüşlər artıq öz bəhrəsini verməkdədir. Son zamanlar idmançılarımızın dopinq qalmaqallarında adlarının hallanmaması bunu təsdiqləyir.