“Ermənilərlə oturub duran istənilən şəxsə şübhə ilə yanaşmaq lazımdır” AÇIQLAMA

7 Dekabr 2018 17:02 (UTC+04:00)

“Əslində, ermənilərlə oturub duran istənilən şəxsə şübhə ilə yanaşmaq lazımdır”. Bunu SİA-ya açıqlamasında Siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, yəni onların əsas məqsədi ermənilərin maraqlarına xidmət etməkdir: “İndiki, məqamda da, ermənilərin maraqları nəyi tələb edir? Azərbaycanla Rusiyanın arasını vurmağı. Bax, məhz ona görə də “Lazarev klubu” bir araya toplaşıb və Azərbaycanı özündən çıxaracaq, Azərbaycan ictimai rəyini əsəbləşdirəcək fikirlər səsləndirirlər. Təbiidir ki, biz də bu məsələdə bir qədər təmkinli davranmalıyıq. Yəni bu adamların məqsədi Azərbaycan və Rusiya ictimai rəyində yeni bir müzakirəni açmaq və bu müzakirəni qızışdırmaq Azərbaycan və Rusiya ictimai rəyi arasında gərgin münasibətlərə nail olmaqdır".

A.Həsrət qeyd edib ki, Azərbaycan dövləti ilə Rusiya dövləti arasında heç bir problem yoxdur: "Xüsusən də Prezidentlər arasında çox yaxın dostluq münasibətləri var və o münasibətlərə müvafiq olaraq da dövlətlərimiz arasında çox yaxşı əlaqələr mövcuddur. İndi kim isə hardansa çıxıb ermənilərin istəyincə belə bir şey səsləndiribsə biz ona bənd olmamalıyıq. Yəni ermənilərin və onların dostlarının məqsədinə uyğun davranmamalıyıq. Demək olar ki, bu şəxslər bizi qarşı-qarşıya gətirmək istəyirlər biz də onların bu hiyləsini anladığımız üçün onlara bir şans verməməliyik ki, Rusiya ilə Azərbaycan arasında münasibətləri gərginləşdirsinlər. Azərbaycan dövləti, Prezidenti və bütövlükdə Azərbaycan ictimai rəyinin öndə gələni də erməni məkrini və ermənilərin məkrli niyyətlərinə xidmət edənləri yaxşı anlayır, onlar istəklərinə nail ola bilməyəcəklər yəni Azərbaycanla Rusiya arasında münasibətləri gərginləşdirə bilməyəcəklər”.