Yapon idmançı dünya rekordunu yeniləyib

7 Dekabr 2018 17:08 (UTC+04:00)

Fiqurlu konkisürmə üzrə Vankuverdə keçirilən Qran-Pri yarışlarının finalında yapon idmançı Rika Kixira qısa proqramda dünya rekorduna imza atıb. Hakimlər 16 yaşlı idmançı qızın çıxışını 82,51 balla qiymətləndiriblər.

SİA TASS agentliyinə istinadla xəbər verir ki, bundan əvvəlki dünya rekordu 2018-ci ilin Olimpiya çempionu, 16 yaşlı rusiyalı Alina Zaqitovaya məxsus idi. O, bu rekordu noyabrda Moskvada keçirilən Qran-Pridə vurmuşdu. A.Zaqitova da Vankuver Qran-Prisində iştirak edir və öz qısa proqramını daha sonra təqdim edəcək.

Kixira yüksək eşelonda ilk mövsümünü keçirir. O, Yaponiya və Fransa Qran-Prisində qazandığı qələbədən sonra finala vəsiqə alıb. Yapon idmançı fiqurlu konkisürmə tarixində üçlü aksel və üçlü tulup elementlərini yarışlarda yerinə yetirən ilk qadın atletdir.

Məcburi proqram və balların sayına görə dünya rekordları (müvafiq olaraq 158,80 və 238,43 ballar) rusiyalı Zaqitovaya məxsusdur.