3 nazir istefaya göndərilib

7 Dekabr 2018 14:39 (UTC+04:00)

Litva Prezidenti Dalya Qribauskayte Təhsil və elm naziri Yurqita Pyatrauskene, Mədəniyyət naziri Liana Ruokite-Yonsson və Ətraf mühit naziri Kyastutis Navitskasın istefaya göndərib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, prezidentin imzaladığı sərəncama əsasən Liana Ruokite-Yonsson dekabrın 21-də, digər iki nazir isə bu gündən vəzifəsindən azad edilir.