Türkiyə XİN İranda baş vermiş terror aktını pisləyib

7 Dekabr 2018 14:26 (UTC+04:00)

Türkiyə Xarici İşlər Nazirliyi, İranın Çabahar şəhərində təşkil edilən terror hücumunu pisləyib. SİA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində iki nəfər ölüb, 27-si yaralanıb.

"Çabahardakı polis mərkəzinə hücum nəticəsində ölənlərin və yaralananların olduğu xəbəri bizdə dərin kədər hissi doğurdu. Bu çirkin terror aktını qınayırıq. Yaralılara şəfa, İran xalqına və hökumətinə başsağlığı diləyirik”, açıqlamada bildirilir.