Aqil Abbas: "Bəzi televiziya kanalları insanların əxlaqını pozur”

7 Dekabr 2018 12:45 (UTC+04:00)

"Bu gün Azərbaycanda bəzi özəl televiziya kanalları bu millətə nəyi aşılayırlar, bəlli deyil". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Aqil Abbas deyib.

A.Abbas bildirib ki, bu gün bəzi özəl televiziya kanalları Azərbaycan xalqını adına layiq təqdim etmirlər: "Dünya ictimaiyyəti "doğurdan belə bir xalq yaşayır?" deyə fikirləşir. Bütün günü televiziya kanalları kiminsə başının qırxılmasını, kiminsə kimisə axtarmasını efirə çıxarır. Bəzi televiziyalar əxlaqsızlıq yayır, insanları pozur”.

A.Abbas bildirib ki, Milli Televiziya və Radio Şurasına belə bir səlahiyyət verilməlidir ki, televiziya kanalları ilə bağlı tədbirlər görsün, etikadan, əxlaqdan kənar verilişləri yaydıqlarına görə kanalları bağlasın: “Bütün ölkələrdə belə bir qanun var. Hesab edirəm ki, bizdə də belə bir qanun olmalıdır”.