Neymar: "Sabah nə olacağını bilmək olmaz"

7 Dekabr 2018 12:34 (UTC+04:00)

PSJ-nin uluduzu Neymar maraqlı açıqlamalar verib. SİA-nın məlumatına görə, "YouTube" kanalından canlı yayım edən futbolçu sualları cavablandırıb.

Onun "Mançester Siti"nin futbolçusu Benjamin Mendinin sualına cavabı belə olub: "Premyer Liqa böyük turnirdi və dünyanın ən yaxşılarından biridir. Sabah nə olacağını bilmək olmaz, amma mən hər böyük futbolçunun bir gün mütləq Premyer Liqada oynamalı olduğunu düşünürəm".

Neymarın bu açıqlaması "transfer mesajı" olaraq dəyərləndirilib.

Qeyd edək ki, futbolçunu "Real" və "Barselona" ilə yanaşı, "Mançester Yunayted"in də transfer etmək istədiyi deyilir.