Türkiyədə 4,3 bal gücündə zəlzələ olub

7 Dekabr 2018 11:30 (UTC+04:00)

Türkiyənin Muğla vilayətində zəlzələ baş verib. SİA-nın məlumatına görə, yeraltı təkanların gücü 4,3 bal olub.

Zəlzələ yerli vaxtla səhər saat 09:25-də baş verib, dərinliyi 40 kilometr olub.

İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib.