Laura Kuper: "Dağlıq Qarabağ münaqişəsi dinc yolla həll olunmalıdır"

7 Dekabr 2018 11:23 (UTC+04:00)

"ABŞ və Azərbaycan arasında terrorizm, narkotiklərin və kütləvi qırğın silahlarının yayılması da daxil olmaqla transmilli təhlükələrə qarşı aparılan ikitərəfli münasibətləri dərinləşdirmək vacibdir". ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bunu Azərbaycanda səfərdə olan ABŞ müdafiə naziri müavininin müşaviri xanım Laura Kuper bildirib.

"Amerika Birləşmiş Ştatlarının müttəfiqləri ilə münasibətləri gücləndirməyə, tərəfdaşdıq əlaqələrinin möhkəmləndirməyə və vəzifələri paylaşmağa çalışdığımız zaman Azərbaycana bizim iki dövlət arasında olan əlaqələrin dərinləşməsi üçün göstərdiyi sadiqliyə görə minnətdarlıq bildirirəm”, - L.Kuper deyib.

O, Avropa və Asiya arasında strateji mövqeydə yerləşən Azərbaycana terrorizmə qarşı aparılan mübarizədə göstərdiyi vacib tərəfdaşlığa görə təşəkkür bildirib:"Birləşmiş Ştatlar Azərbaycanın NATO-un Əfqanıstandakı missiyasına verdiyi uzun müddətli töhfələrini giymətləndirir. Azərbaycan mürəkkəb bir məkanda yerləşir. Bu yaxında biz Russiya tərəfindən Ukraynada beynəlxalq qanunu pozaraq Kerç Boğazından keçən su nəqiliyyatına qarşı etdiyi qanunsuz və əsassız təcavüsün sahidi olduq. Ukrayna gəmilərinin evə qayıtdığı zaman beynəlxalq sularda hücuma məruz qalması Birləşmiş Ştatları dərindən narahat edir”.

Laura Kuper ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Birləşmiş Ştatların Dağlıq Qarabağmünaqişəsinin dinc həllinə olan öhdəliyini yenidən təkrarlayıb və münaqişənin həllinin gücün və təhdidlərin istifadə olunmaması, ərazi bütövlüyü, və insanların müqəddaratını müəyyən etmə hüququda daxil olmaqla Helsinki Yekun Aktına əsaslanmasını vurğulayıb.

Xatırladaq ki, Laura Kuper dekabrın 4-6 Bakıda səfərdə olub.