"Bavariya" Qrizmannı transfer etməyi planlaşdırır

7 Dekabr 2018 11:36 (UTC+04:00)

"Bavariya" Antuan Qrizmannı heyətinə cəlb etməyi planlaşdırır. SİA-nın məlumatına görə, Münhen təmsilçisi İspaniya "Atletiko"sunda çıxış edən fransalı hücumçunu 2019-cu ilin yayında transfer etmək niyyətindədir.

27 yaşlı Antuan özündən 7 yaş böyük olan cinah yarımmüdafiəçisi Aryen Robbeni əvəzləməlidir. Müqaviləsi yayda başa çatan hollandiyalının yerinə alınacaq Qrizmannın qiyməti isə çox yüksəkdir. Onun müqaviləsində bu məbləğ 200 milyon avro ilə ifadə olunur.

Qeyd edək ki, Antuan “Qızıl top” mükafatının səsverməsində 3-cü yeri tutub.