Muradla Günel "Tufan" qoparacaq FOTOLAR

7 Dekabr 2018 15:35 (UTC+04:00)

Müğənni-bəstəkar Murad Ariflə ifaçı Günel Zeynalova bir araya gəlib. SİA-nın məlumatına görə, sənətçilər birgə iş birliyinə start veriblər. Günel Muradın ərsəyə gətirdiyi "Tufan" mahnısını ifa edib.

Muradla Günel bəstəyə klip də çəkdirib. Ekran işini rejissor Dele Oruclu lentə alıb.

Bu haqda M.Arif "İnstagram" səhifəsində məlumat verib: "Dost kimi ayrılıb, dost qala bilməyən iki sevənin nəğməsi "Tufan" ".

Günel də Muradla yeni iş birliyi haqda sosial şəbəkədə paylaşım edib: "Dost kimi ayrılıb, dost ola bilməyən iki sevənin nəğməsi. Tezliklə "Tufan" gəlir. Sözləri və musiqisi Murad Arifə məxsusdur. Çox həyəcanlı və möhtəşəm mahnıdır. Muradla yaza damğa vuracağıq".

Zeynalova yeni fotosessiya da etdirib. Günel çəkilişdən fotoları "İnstagram"ında paylaşaraq "Görmədən səni istəyən qəlbim, görəndə necə dözsün? Xoşbəxtlik əlin çatdığı çiçəklərdən bir dəstə gül hazırlamağı bacarmaq sənətidir" sözlərini yazıb.