Röya özünə sevgili axtarır? FOTOLAR

7 Dekabr 2018 12:30 (UTC+04:00)

Əməkdar artist Röya Ayxan şəxsi həyatı haqda etiraf edib. SİA-nın məlumatına görə, ifaçı "İnstagram" səhifəsində sevgilisinin olmadığını deyib: "Birincisi, kimsən biləcəksən. İkincisi, özünə güvənəcəksən. Üçüncüsü, əsla unutmayacaqsan. Bax, o zaman hər gün dəyişən, "uğur" adlı yükü daşıya bilən və sevgilisiz yaşayan qadın olarsan. Niyə? Çünki güclüsən, gələn qorxub qaçar".