Sağ tapılan ABŞ pilotlarından biri ölüb

6 Dekabr 2018 21:01 (UTC+04:00)

ABŞ dəniz piyadalarının 3-cü ekspedisiya korpusunun məlumatına əsasən, Birləşmiş Ştatlara məxsus hərbi təyyarələrin toqquşmasından sonra sağ tapılan iki pilotdan birinin həyatını xilas etmək mümkün olmayıb. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, həkimlər digər pilotun səhhətinin qənaətbəxş olduğunu bildirirlər.

Qəza zamanı itkin düşən 5 hərbçinin axtarışları davam edir. Axtarış-xilasetmə əməliyyatına Amerikanın P-8A təyyarəsi, həmçinin Yaponiya Müdafiə Nazirliyinin və Sahil Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Xatırladaq ki, İvakuni bazasından havaya qalxaraq "planlı təlim uçuşu" həyata keçirən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki hərbi təyyarə yerli vaxtla gecə saat 2 radələrində Yaponiya sahillərindən 200 mil məsafədə toqquşub.