"Bu ay Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclası keçiriləcək"

6 Dekabr 2018 22:32 (UTC+04:00)

"Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının dekabrın 14-də Moskvada keçirilməsi nəzərdə tutulur". Bunu “Report”a Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

Onun sözlərinə görə, bir gün öncə - dekabrın 13-də komissiyanın ekspertlər səviyyəsində iclas keçiriləcək. Xatırladaq ki, hökumətlərarası komissiyanın son iclası 2016-cı ilin dekabr ayında Bakıda keçirilib.