Fransa çempionatında daha iki oyun təxirə salınıb

6 Dekabr 2018 23:17 (UTC+04:00)

Futbol üzrə Fransa çempionatının XVII turunda keçirilməsi nəzərdə tutulan "Monako" - "Nitsa" və "Sent-Etyen" - "Marsel" matçları təxirə salınıb. Fransa Liqa 1-in rəsmi saytında yer alan məlumata görə, buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar səbəb olub.

Qeyd edək ki, "Monako" - "Nitsa" oyunu dekabrın 7-də, digər matç isə dekabrın 10-da keçirilməli idi. Daha öncə "Tuluza" - "Lion" və PSJ - "Monpelye" matçları da eyni səbəbdən təxirə salınıb.