"Fənərbaxça" Ersun Yanalla danışıqlara başlayıb

6 Dekabr 2018 20:17 (UTC+04:00)

"Fənərbaxça" futbol klubu, sabiq baş məşqçisi Ersun Yanalla danışıqlara başlayıb.Türkiyə mətbuatı yazır ki, 56 yaşlı mütəxəssislə görüşən klubun vitse-prezidenti Semih Özsoy ona 6 aylıq müqavilə təklif edib. Lakin tərəflər arasıında razılıq əldə olunmayıb. Buna baxmayaraq, İstanbul nəhənginin təcrübəli məşqçi ilə danışıqları davam etdirəcəyi bildirilib. Qeyd edək ki, E. Yanal 2013-2014-cü illərdə də "Fənərbaxça"nı çalışdırıb və həmin mövsüm komandanı çempion edib.