OPEC-in qərarları “Twitter”dəki fikirlərə görə formalaşmır

6 Dekabr 2018 18:56 (UTC+04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qərarları “Twitter”dəki fikirlərə görə formalaşmır. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri Rusiyanın energetika naziri Aleksandr Novak deyib. Nazir bildirib ki, neft sənayesi tələb və təklifi nəzərə alır, buna görə də bazarda qərarlar qəbul edir: “Kartel üzvləri bazarın vəziyyəti, neft təklifi və tələbat arasında balans, eləcə də mövcud ehtiyatlar əsasında qərar qəbul edir. OPEC öz qərarlarını “Twitter”də siyasətçilərin müraciətləri əsasında qəbul etmir”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən gün öz “Twitter” səhifəsində belə yazıb: “Ümid edirəm ki, OPEC neft hasilatını hazırkı səviyyədə saxlayacaq, azaltmayacaq. Çünki dünya baha neft qiyməti görmək istəmir və ya buna ehtiyac duymur”.