"Bu gün Azərbaycan inkişaf edən ölkədir" ÖZƏL-MÜNASİBƏT

6 Dekabr 2018 15:06 (UTC+04:00)

“Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-24” televiziya telekanalına müsahibəsində ölkəmizin inkişafı və qazanılmış nailiyyətlər barəsində danışıldı. Rusiya ilə Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədədir. İqtisadi və digər sahələrdə qarşılıqlı əməkdaşlıq bunu deməyə imkan verir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan inkişaf edən ölkədir: “Hər bir sahə üzrə Rusiya ilə Azərbaycanın əməkdaşlığında böyük imkanlar mövcuddur. Azərbaycanın transit imkanlarının genişlənməsi Cənub-Şimal, Qərb-Şərq dəhlizlərinin istifadəyə verilməsi və s. bütün bunlar əməkdaşlığı daha da dərinləşdirir. Ümumiyyətlə götürüldükdə Azərbaycanın inkişafı, bugünkü əldə olunan nailiyyətlər ölkəmizin daha da nüfuzlu şəkildə inteqrasiya olunmasına, qonşu ölkələrlə əməkdaşlığın getdikcə dirçəlməsinə öz töhfəsini verir. İki ölkə arasında əməkdaşlıq əlaqələrinin ildən-ilə daha da inkişaf edir. Azərbaycan Prezidentinin müsahibə zamanı qeyd etdiyi kimi ölkələr bütün sahələr üzrə tərəfdaş, əməkdaşlıq, mehriban qonşuluq münasibətlərinə malikdir. Azərbaycan Prezidentinin müsahibə zamanı ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində söylədiyi fikirlər müasir böhranlardan rifaha çıxış yolları axtaran xalqlar və dövlətlər üçün dəyərli ola bilər”.