"Paşinyan parlamenti ləğv etmək niyyətindədir" RƏY-ÖZƏL

6 Dekabr 2018 14:52 (UTC+04:00)

“Ermənistanda seçki ərəfəsində baş verənlər Paşinyanın planları əsasında həyata keçir. Əks halda, Paşinyan vaxtından əvvəl seçki keçirmək qərarına gəlməzdi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib.

O bildirib ki, Paşinyan üçün hazırda əsas məsələ nəyin bahasına olursa, olsun seçkilərdə qalib gəlməkdir: “Paşinyan ancaq seçkilərdə 1 faiz səslə də olsa rəqiblərini üstələmək haqqında düşünür. Onun niyyəti seçildikdən sonra hazırkı parlamenti ləğv edib yenidən yaratmaqdır”.

Politoloq söyləyib ki, Ermənistanda fikir ayrılığının çox olması bu gün bu ölkədə vəziyyəti daha da kritikləşdirib.

Seçkilərdən sonrakı proseslərə gəlincə R. Məmmədovun fikrincə, seçkilərdən soran Paşinyanın siyasətində hər hansı dəyişikliyin olacağı ehtimalı çox azdır.

Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan politoloq qeyd edib ki, bu məsələnin həlli Rusiyadan asılı olacaq.