Azərbaycanlı milyoner küçədə sevgilisini döydü VİDEO

6 Dekabr 2018 14:42 (UTC+04:00)

Rusiyada yaşayan azərbaycanlı milyonçu Ziyafət Kərimovun sevgilisini döydüyü an lentə alınan video yayılıb. SİA-nın məlumatına görə, görüntülər "Rossiya 1" kanalında yayımlanan Andrey Malaxovun "Прямой эфир" verilişində nümayiş olunub.

Proqrama Kərimovun sevgilisi Mariya Siyaçina gəlib və şikayət edib: "Hadisə evimizin yanında kafenin qarşısında baş verib. Kərimov ərim deyildi, sevgilim idi. Onunla heç vaxt bir yerdə yaşamamışıq, ancaq görüşmüşük. Onun öz ailəsi, uşaqları var idi. Mənim də ondan bir övladım var. Məni döyməyinin səbəbi qısqanclıq idi. Amma bir adam qadını necə bu cür döyə bilər. Polisə şikayət etmədiymə görə peşmanam. Qorxurdum, pis adamdır, hər şey edə bilər. Döyəndə mənə izah etdi ki, kiməsə qısqanıb. Onun sahibi olduğu restoranda çalışırdım. Ondan əvvəl də məni döyüb. Hadisədən sonra heç kim təcili yardım çağırmadı. Durub evə getdim. Həkimə müraciət etmədim, qorxurdum. Bir neçə gündən sonra əşyalarımı toplayıb Moskvadan getdim".

Proqramda Z.Kərimov özü də danışıb. O, qısqandığını, sonra ondan üzr istədiyini bildirib. Kişi qadının sərxoş olduğunu deyib.

Mariya Kərimovun onun hazırda olan sevgilisini də döydürdüyünü bildirib. O, həyatı üçün qorxdunu söyləyib və kömək istəyib.