Nazir Hacıqabulda vətəndaşları qəbul edəcək

6 Dekabr 2018 12:55 (UTC+04:00)

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən 2018-ci ilin dekabr ayının 14-də, saat 11ºº-da Hacıqabul şəhər Heydər Əliyev Mərkəzində (Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi 7) Şirvan şəhərindən, Sabirabad, Hacıqabul, Saatlı, Kürdəmir, Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.