Dünya sirk ulduzları Bakıya gəlir

6 Dekabr 2018 13:21 (UTC+04:00)

Bakı Dövlət Sirki Yeni il şənliyi üçün Rusiya və Belarus artistlərindən ibarət komandanı ölkəmizə dəvət edib. Sirkdən SİA bildirilib ki, tamaşalar dekabrın 28-dən yanvarın 13-dək fasiləsiz nümayiş olunacaq.

Sirk şousunda əhliləşdirilmiş heyvanlar, cigitlər qrupu, hava gimnastları, akrobatlar, perş qeyri-adi lazer və işıq effektləri, şən klounlar, Şaxta baba və Qar qızın çıxışları təqdim olunacaq.

Biletlər sirkin kassalarında hər gün saat 10-dan 20-dək satılır.