Erməni dövlət qulluqçuları kütləvi ixtisar astanasında TAKSİ SÜRSÜNLƏR

6 Dekabr 2018 11:56 (UTC+04:00)

Ermənistanın “Jamanak” qəzetinin yazdığına görə, dekabrın 9-da keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərindən sonra dövlət idarəçiliyi sistemində çalışan işçilər kütləvi şəkildə işdən azad olunacaqlar. SİA xəbər verir ki, işdən çıxarılanlar XİN, diaspora, mədəniyyət, idman və gənclərlə iş üzrə nazirlikləri, həmçinin digər dövlət qurumlarında fəaliyyət göstərən yüzlərlə şəxsə bununla bağlı xəbərdarlıqlar edilib və yeni il ərəfəsi onların işsiz qalmamaları üçün, özlərinə yeni iş yerləri axtarmaq tövsiyə edilib.

“Yeni hakimiyyət taksi sürücülərini vergilərdən azad etdiyinə görə, nazirliklərdə, dövlət qulluqlarında çalışanlar çox güman ki, taksi sürücülərinin sıralarını dolduracaqlar”, deyə erməni nəşri yazır.