ABŞ komandanı: "Rusiyanı necə məğlub edəcəyimizi bilirəm"

6 Dekabr 2018 01:04 (UTC+04:00)

NATO Krım və Kalininqradda Rusiyanın məğlub olmasının önünü açacaq "açar"ı tapıb. Axar.az xəbər verir ki, bu barədə ABŞ donanmasının komandanı, vitse-admiral Endryu Luis danışıb. O, Rusiyanı məğlub etməyin yolunu tapdıqlarını deyib:

"Ruslar xarici əsgərlərin strateji əhəmiyyət kəsb edən bölgələrə daxil olmalarını məhdudlaşdırmaq üçün davamlı olaraq sistemini genişləndirib. Krım və Kalininqradda havadan müdafiə sistemləri, raket əleyhinə müdafiə və gəmisavar sistemləri artırılır. Radioloji hərbi vasitələr və radar sistemləri ilə NATO qüvvələrinin bölgədəki imkanları ciddi şəkildə məhdudlaşdırılıb. Ancaq rus ordusunun bu taktikasına necə müqavimət göstərəcəyimizi bilirəm. Detalları açıqlamaq istəmirəm. Təyyarə gəmilərimizin, quru qüvvələrimizin bunu edə biləcəyini bilirəm. Bunun üçün dəqiq bir üsulumuz var".