Fransanın Tehrandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib

6 Dekabr 2018 00:39 (UTC+04:00)

Fransanın Tehrandakı səfirliyinin qarşısında tələbələr etiraz aksiyası keçiriblər. Etirazçılar Fransa hökumətini dinc nümayişçilərə qarşı amansız davranışlarına son qoymasına çağırıblar. Onlar bildiriblər ki, polisin öz hüquqları uğrunda mübarizə aparan insanlarla qəddarlıqla davranması yolverilməzdir. İnsanların polis dəyənəkləri ilə döyülməsi və həbs edilməsi demokratiyanın prinsiplərinə ziddir.

Tələbələr Fransada insan hüquqlarının kobudcasına pozulmasına dair şüarlar da səsləndiriblər.

Xatırladaq ki, ötən həftə Fransa hökumətinin yanacağın qiymətinin yüksəltməsinə etiraz edən insanlar kütləvi aksiyalar keçiriblər. Polis aksiya iştirakçılarına qarşı güc tətbiq edib. Nümayişçilər arasında yaralananlar və həbs olunanlar var.