Piyadanı vuran sürücü hadisə yerindən qaçıb

4 Dekabr 2018 21:45 (UTC+04:00)

Xocəsəndə piyadanı vuran sürücü hadisə yerindən qaçıb. DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 3-də saat 21 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Namaz Namazov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta ağırdır. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.