Sahil bağında universitet tələbəsi bıçaqlandı

4 Dekabr 2018 12:57 (UTC+04:00)

Bakıda universitet tələbəsi küçədə bıçaqlanıb. SİA-nın məlumatına görə, hadisə Səbail rayonu ərazisində, Sahil bağında baş verib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi, 1996-cı il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, Y.Nəbizadənin vəziyyəti orta ağır olaraq qalır: "O, belin və sol döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə daxil olub. Zəruri tibbi yardım edilib, vəziyyəti orta ağırdır. Hazırda palata şəraitində müalicəsi davam edir".