Hansı qan qrupu olan insanların ürəyi daha sağlamdır?

3 Dekabr 2018 04:02 (UTC+04:00)

Elmdə çoxdan sübut olunub ki, qan qrupu ilə insan sağlamlığı arasında müəyyən əlaqə var. Belə ki, bir sıra elmi araşdırmalar sübut edib ki, 1-ci qan qrupu olan insanlarda mədə-bağırsaq sistemi xəstəliklərinə digər qruplarla müqayisədə daha tez-tez təsadüf edilir.

Digər tərəfdən 1-ci qan qrupu olanlarda ürək-damar sistemi xəstəlikləri, damarlarda trombların əmələ gəlməsi və infarkın riski digər qruplarla müqayisədə daha azdır. Ürək-damar sistemi xəstəlikləri ölüm səbəblər arasında bütün dünyada birinci yer tutur. Bu səbəbdən daha möhkəm ürək-damar sistemi ilə seçilən 1-ci qan qrupu nümayəndələri adətən daha çox yaşayır və onların arasında uzunömürlülərin sayı daha çoxdur.

2-ci qan qrupu olanlarda atreoskleroz xəstəliyi, süd vəzi və ağ ciyər xərçəngi riski daha çoxdur. Bu qan qrupu olan insanlarda həmçinin qanın laxtalanma sistemi ilə bağlı olan xəstəliklərinə də tez-tez təsadüf edilir.

3-cü qan qrupu olan insanlar digər qan qrupları ilə müqayisədə urogenital infeksiyalara daha çox meyllidir.

Amerika nevrologiya akademiyası jurnalında dərc olunmuş məqalədə qeyd olunur ki, 4-cü qan qrupu olan insanlarda demensiya, beyinin degenerativ xəstəlikləri, yaddaş və təfəkkür zəifləməsi kimi pozulmalara daha tez-tez təsadüf edilir.