"Gəncədə yeni universitet yaradılsın" TƏKLİF

30 Noyabr 2018 12:58 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında Gəncədə yeni universitetin yaradılması ilə bağlı təklif irəli sürülüb. SİA-nın xəbərinə görə, bu təkliflə çıxış edən Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, Gəncə kimi ikinci şəhərdə elə bir universitet yaradılmalıdır ki, hamı oranı seçmək üçün mübarizə aparsın: "Biz regionları inkişaf etdirməklə Bakının yükünü azalda bilərik. Odur ki, hökumət bu istiqamətdə ciddi addımlar atmalıdır".