YAP Cəlilabad rayon təşkilatı partiyanın 26-cı ildönümünü qeyd edib

21 Noyabr 2018 19:32 (UTC+04:00)

Bu gün YAP Cəlilabad rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cü ildönümünə həsr olunmuş tədbir keçirib. Tədbir iştirakçıları, ilk öncə, Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılan abidəsi önünə tər gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

YAP Cəlilabad rayon təşkilatının akt zalında davam edən tədbiri giriş sözü ilə açan təşkilatın sədri Mirsüleyman Mirxaslı Yeni Azərbaycan Partiyasının 26 il bundan əvvəl Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yarandığını bildirib və bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib.

M.Mirxaslı Ulu Öndər Heydər Əliyevin gərgin əməyi sayəsində yaranan Yeni Azərbaycan Partiyası qısa müddətdə təşkilatlandığını və güclü siyasi qüvvəyə çevrildiyini, yaranışından 6 aya yaxın bir müddətdə iqtidar partiyasına çevrildiyini, hazırda partiya üzvlərinin sayının 725 min nəfərdən çox olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən YAP rayon təşkilatı sədrinin müavləri Rahib Kərimov, Hafiz Cavadov, rayon təşkilatı qadınlar şurasının sədri Fərqanə Məmmədova, rayon təşkilatının şura üzvləri Yeganə Rzayeva, Qərənfil Abuzərova, Malik Əliyev, Etibar Sadığov, rayon təşkilatı NTQ-nin sədri Varid Əsgərov partiya veteranları Ədalət Əsgərov, Əliheydər Əsədov, Məhərrəm Nağıyev, Ərəstun Kərimov və başqaları YAP üzvü olduqlarından qürur duyduqlarını, bundan sonra da ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi dəstəkləyəcəklərini və bütün siyasi proseslərdə fəal iştirak edəcəklərini bildirdilər.

R.HÜSEYNOVA