SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir

21 Noyabr 2018 19:01 (UTC+04:00)

SOCAR Aşqabadda işə başlayan “Türkmənistan-2018: neft və qaz” sənaye forumu və sərgisində iştirak edir. SİA xəbər verir ki, sərgidə 30 ölkəni 50-dək neft-qaz şirkəti təmsil edir. Sərgidə “Petronas”, “Total”, “Dragon Oil”, “Eni”, “CNPC”, “Liebherr”, “Татнефть” kimi şirkətlər də öz stendlərini nümayiş etdirir. Sərgidə əsas diqqət yenilənən enerji mənbələri sahəsində eko-innovasiyalara və perspektivli inkişaflara, müəssisələrdə ekoloji təhlükəsizliyin yaxşılaşdırılmasına yönəldilib.

Forumda (OGT-2018) isə 40-dan çox ölkənin ən böyük neft-qaz şirkətlərinin 500-ə yaxın nümayəndəsi iştirak edir. Tədbirdə neft-qaz sənayesində, eləcə də metallurgiya, kimya, mühəndislik sahəsində, energetika sənayesində fəaliyyət göstərən şirkət və müəssisələrin nümayəndələri öz məhsullarını nümayiş etdirməklə yanaşı, əməkdaşlıq əlaqələrini genişləndirmək və işgüzar əlaqələrin səmərəliliyinin artırılmasını müzakirə edirlər. Forum çərçivəsində keçirilən plenar iclaslarda neft və qazın qlobal enerji bazarında tendensiyaları, istehsalı, emalı sahəsində beynəlxalq əməkdaşlıq və ixrac perspektivləri müzakirə olunur. Forum və sərgi noyabrın 23-dən davam edəcək.