Çingiz Fərzəliyev “Şöhrət” ordeni ilə təltif edilib SƏRƏNCAM

21 Noyabr 2018 18:02 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsviri sənətinin inkişafında xidmətlərinə görə Çingiz Əbdül Məcid oğlu Fərzəliyev “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Çingiz Fərzəliyev 1943-cü il noyabrın 20-də, Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə V.İ.Surikov adına Moskova Dövlət Akademik Bədii İnstitutunun boyakarlıq fakültəsini bitirib. 1975-ci ildən SSRİ Rəssamlıq İttifaqının üzvüdür. 1996-cı ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. 2004-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında boyakarlıq kafedrasının müdiridir. 2006-ci ildə "Azərbaycanın Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. 2008-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur.2010-ci ildən Azərbaycan Milli İncəsənət Muzeyinin direktorudur. Həmçinin 2010-ci ildən Təsviri sənət Dövlət Ekspert Komissiyasının sədridir.