“Qalatasaray” daha bir dünya ulduzunu transfer edəcək

22 Noyabr 2018 00:19 (UTC+04:00)

“Monako”nun hücumçusu Radamel Falkao karyerasını Türkiyədə davam etdirə bilər. Bu barədə kolumbiyalı futbolçunun türkiyəli meneceri Fatih İlek məlumat verib. O bildirib ki, 32 yaşlı forvard “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin transfer siyahısında ilk sıradadır və qış fasiləsində bu komandaya keçməyə yaxındır.

Menecer Falkao ilə “Beşiktaş”ın da da yaxından maraqlandığını söyləyib. Qeyd edək ki, 2013-cü ildə “Atletiko”dan “Monako”ya keçib.