Azərbaycanla Aİ arasında təhlükəsizlik üzrə müzakirələr gələn il davam etdiriləcək

21 Noyabr 2018 19:06 (UTC+04:00)

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında təhlükəsizlik məsələləri üzrə müzakirələrin ikinci mərhələsi gələn il Brüsseldə keçiriləcək. Bu barədə “Report”a Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas məlumat verib.

Xatırladaq ki, danışıqların ilk mərhələsi ötən ay Bakıda keçirilib.