İrlandiya millisinin baş məşqçisi istefa verib

21 Noyabr 2018 22:19 (UTC+04:00)

Futbol üzrə İrlandiya millisinin baş məşqçisi Martin Onil istefa verib. Federasiyanın saytında yer alan məlumata görə, Onillə birlikdə onun köməkçisi Roy Kin də yığmadan ayrılıb. Baş məşqçi istefasının səbəbi kimi Millətlər Liqasındakı uğursuzluğu göstərib. Qrupda keçirdiyi 4 oyunun hamısında uduzan irlandlar B liqasından C-yə yuvarlanıb.

Qeyd edək ki, Martin Olil 5 il İrlandiya yığmasını çalışdırıb. Onun rəhbərliyi ilə komanda Avro-2016-nın 1/8 finalına və DÇ-2018-in seçmə mərhələsinin pley-offuna qədər irəliləyib.