Xaçmazda ağır qəza 1 ölü, 2 yaralı

21 Noyabr 2018 18:05 (UTC+04:00)

Noyabrın 21-də Xaçmaz rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun Xudat şəhərinin 4-cü şöbə adlanan ərazisindən keçən hissəsində baş verib. İçərisində üç nəfərin olduğu “VAZ-21012” markalı avtomaşın idarəetməni itirərək əvvəlcə yolun kənarındakı dirəyə, sonra isə reklam lövhəsinə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan Xaçmaz rayonu Köhnə Xudat kənd sakini Əzizov Ehtimal Bəxtiyar oğlu, Şollar kənd sakini Sultanov Firuz Pirəmməd oğlu, Xudat şəhər sakini Əliyev Kamran Bəhram oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, ağır xəsarətlər alan Ehtimal Əzizovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.