Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmiləri arasında protokol imzalanıb

21 Noyabr 2018 13:43 (UTC+04:00)

Azərbaycanın müdafiə naziri, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Bakıda keçirilən 3-cü üçtərəfli görüşü başa çatıb. SİA-nın verdiyi məlumata görə, müzakirələrin sonunda protokol imzalanıb.

Qeyd edək ki, Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüş keçirib.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılıb.