Nazirlik tərəfindən direktor yerinə müsahibə elan edilib DİQQƏT!

21 Noyabr 2018 12:56 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyi iki elmi-tədqiqat institutunun direktoru vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib. Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən məlumata görə, nazirlik Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun, həmçinin Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib.

Müsahibələrin şərtləri nazirliyin rəsmi saytının "Elanlar" bölümünə yerləşdirilib. İddiaçılar “Elanlar” bölümünə daxil olaraq müsahibənin şərtləri ilə tanış olmaq mümkündür.