Gizem Karaca Bakıya gəlir

21 Noyabr 2018 16:15 (UTC+04:00)

Bakıda "IV Türk Filmləri Həftəsi” keçiriləcək. SİA-nın məlumatına görə, tədbirin açılışı noyabrın 23-də gerçəkləşdiriləcək. Nizami Kino Mərkəzində keçiriləcək Türk Filmləri Həftəsi noyabrın 27-nə kimi davam edəcək.

Tədbir çərçivəsində “Seni Seviyorum Adamım” filminin qəhrəmanı Gizem Karaca, “Gullər”in aktyoru Deniz Oral, rejissoru Mehmet Gün, “ANONS”un pradüseri Halil Kardaş, “Diriliş Ertuğrul”un aktyoru Sezgin Erdemir, “Hay” filminin pradüseri Ahmet Edebali, menecer Özlem Ercağlar və Türk Filmleri Həftəsinin baş koordinatoru Öner Kılıç Bakının qonağı olacaqlar.