Nazənin: "Müğənni olduğum üçün qardaşlarım mənimlə 12 il danışmadı"

21 Noyabr 2018 13:15 (UTC+04:00)

Müğənni Nazənin vəfat edən qardaşından söz açıb. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində ağlayaraq, bəhs edib: "Vəfat edən qardaşım Pərviz bir müddət cəzaçəkmə müəssisəsində olub. O, barmaqlılar arasından ölümündən 3 il öncə çıxmışdı. Ona balam kimi baxmışam. Pərvizdən mənə 1 qızı, 1 oğlu əmanət qalıb".

Nazənin həyatda olan qardaşlarından bəhs edib: "Müğənnilik fəaliyyətinə başlayanda qardaşlarım mənimlə 12 il danışmadı. Çünki mənim sənətçi olmağımı istəmirdilər. Amma elə yarandı ki, həmin qardaşlarıma və valideynlərimə dəstək oldum. Hazırda da məni sevən tamaşaçılarım var".

İfaçı ailəsi haqda xoşagəlməz sözlər danışan həmkarlarına da səslənib: "Hər kəs bilir ki, ailəmə bağlı insanam. Kiminsə mənimlə problemi varsa, övladlarımla, həyat yoldaşımla, dünyasını dəyişmiş valideyinim və qardaşımla nə işi var? Ailəmə heç kim dil uzada bilməz".