"Fəlakət" filminin qala gecəsi keçirilib FOTOLAR

21 Noyabr 2018 12:01 (UTC+04:00)

"Fəlakət" filminin qala gecəsi keçirilib. SİA-nın məlumatına görə, ekran işinin baş rol ifaçısı aktyor Elşən Orucovdur.

Elşən tədbirdə ekran işi haqqında təəssüratlarını bölüşüb: "İlk dəfədir ki, "Fəlakət" kimi tək çəkilirəm. Mənim üçün riskli və məsuliyyətli iş idi. Amma komandaya çox güvənirdim. Rejissor Emin Quliyev, operatorlar peşəkar insanlardır. Həm də film üçün alacağım qonorar məni qəne etdiyi üçün təklifi dərhal qəbul etdim. İnanıram ki, “Fəlakət”lə insanların simasında gülüş yarada biləcəyik”.