Şəkidə 4 yaşlı uşağı avtomobil vurub öldürüb

21 Noyabr 2018 01:03 (UTC+04:00)

Şəki rayonunda 4 yaşlı uşağı maşın vuraraq öldürüb. “Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Vərəzət kəndi ərazisində baş verib.

Belə ki, “VAZ 2106” markalı minik avtomobili yolu keçmək istəyən uşağı vurub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində sürücünün və uşağın şəxsiyyətini dəqiqləşdirir. Faktla bağlı Şəki şəhər rayon Polis şöbəsində araşdırma aparılır.