Feysbuk və İnstaqram çökdü!

20 Noyabr 2018 20:04 (UTC+04:00)

Bir neçə dəqiqədir ki, Feysbuk və İnstaqrama girişdə problemlər yaranıb. Axar.az xəbər verir ki, sosial şəbəkələrdə səhifəni yeniləyərkən “Bölməni yeniləmək mümkün olmadı” – sözləri yazılır. Hazırda milyonlarla istifadəçi Feysbuk və İnstaqrama daxil olmaqda çətinlik çəkir. Feysbuk rəhbərliyi məsələ ilə bağlı hələlik açıqlama verməyib.